SON XƏBƏRLƏR

"Ermənistan silahlı qüvvələri Qarabağdan tamamilə çıxmalıdır"-İlham Əliyev

2023.07.05, 11:19
"Ermənistan silahlı qüvvələri Qarabağdan tamamilə çıxmalıdır"-İlham Əliyev

Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündəki çıxışında Qarabağdakı erməni silahlılarından danışıb.

Gunaz.tv

"Münaqişə başa çatdıqdan az sonra Azərbaycan Ermənistanla bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında sülh sazişi imzalamaq üçün beş əsas prinsipini təqdim edib"-dövlət başçısı belə deyib.

“Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur olmasına baxmayaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları mövcuddur”, – deyən dövlət başçısı vurğulayıb ki, əgər Ermənistan həqiqətən də regionda çoxdan gözlənilən sülhdə maraqlıdırsa, onda onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxmalıdır.

Bölgədəki erməni hərbi və yarımhərbi elementləri tərksilah edilməli və tərxis olunmalıdır. 

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar