SON XƏBƏRLƏR

İranda daha 10 məhkum edam edildi

2023.07.13, 14:33
İranda daha 10 məhkum edam edildi

İyulun 12-i və 13-də Makı, Kərəc, Tehran və Fuladşəhr şəhərlərində 10 məhkum edam edilib.

Gunaz.tv

Bu barədə məlumat verən İran İnsan Haqları Təşkilatı məhkumların adam öldürməkdə ittiham olunduqlarını bildiriblər.

İyulun 13-ü səhər saatlarında İsfahan əyalətinin Fuladşəhr şəhərində odlu silahdan atəş açaraq hökumət məmurununu öldürməkdə təqsirli bilinən Məhəmməd Qaidinəsəb və Sadiq Mahmudi Bəram adlı məhkumlar küçədə ictimaiyyətin gözü qarşısında dar ağacından asılıblar.

Qeyd edək ki, Cari ilin 6 ayı ərzində İranda 354 nəfər edam edilib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 36 faiz artıb.

Narkotiklərlə bağlı ittihamlar üzrə 206 nəfər asılıb, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 126 faiz çoxdur.

Timur 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar