SON XƏBƏRLƏR

Xudayarın anası oğlunun şəhadətə ucaldığı yerə gedib

2023.07.15, 13:23
Xudayarın anası oğlunun şəhadətə ucaldığı yerə gedib

Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin anası Radə Qurbanova oğlunun doğum günü ərəfəsində onun şəhid olduğu torpaqları ziyarət edib.

Gunaz.tv

Övladının son nəfəsini verdiyi, sonuncu mahnısını oxuduğu Zəngilanı, Arazqırağı əraziləri gəzən ana bu torpaqların onun üçün müqəddəs olduğunu deyib.

“Zəngilan mənim üçün özəl yerdir. Çünki mənim övladım son nəfəsini burada verib. Mənfur düşmənin hücumu nəticəsində şəhid olub. Xudayar həmişə özünü hərbçi kimi görürdü”, - deyə o qeyd edib.

Qeyd edək ki, “Vətən yaxşıdır” mahnısı ilə dastana dönən Xudayar Yusifzadə 1998-ci il iyulun 15-i Bərdə şəhərində anadan olub. 2020-ci il oktyabrın 22-si Hadrut qəsəbəsi uğrunda gedən döyüşlərdə ağır yaralanaraq şəhid olub. (azvision)

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar