SON XƏBƏRLƏR

"Elə bir ölkə yoxdur ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasın"-Paşinyan

2023.07.25, 15:51
"Elə bir ölkə yoxdur ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasın"-Paşinyan

Ermənistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, lakin bu, heç də həmişə bəyan edilməyib və qeydə alınmayıb.

Gunaz.tv

“Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi brifinqdə bildirib.

“Təəssüf hissi ilə bildirirəm ki, dünyada elə bir ölkə yoxdur ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasın”, - o əlavə edib

Paşinyan ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin nümayəndələrinin bəyanatlarını oxuyub.

O, Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı Rusiya Prezidenti Vladimir Putinə, ATƏT-in Minsk qrupunun keçmiş fransalı həmsədri Stefan Viskontiyə və ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair illik hesabatından sitatlara istinad edib.

“Separatçılar Ermənistanın köməyi ilə Dağlıq Qarabağın böyük hissəsini və Azərbaycanın daha 7 rayonunu nəzarətdə saxlamaqda davam ediblər”, - deyə Paşinyan Dövlət Departamentinin hesabatlarından birindəki qeydi oxuyub. (apa)

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar