SON XƏBƏRLƏR

Tehranda ekoloji fəlakət: Havanın çirkliliyi minlərlə insanın həyatına son qoyur

2023.07.29, 13:49
Tehranda ekoloji fəlakət: Havanın çirkliliyi minlərlə insanın həyatına son qoyur

Tehran şəhərində hər il 4 min nəfər hava çirkliliyi səbəbindən həyatını itirir. Bu barədə Tehran Şəhər Şurasının üzvü Möhsün Pirhadi məlumat verib.

Gunaz.tv

Möhsün Pirhadi hakimiyyətin bu istiqamətdəki plansızlığını tənqid edib.

"Bütün bunlara baxmayaraq, hakimiyyət sıradan çıxmış və istifadəyə yararsız, hava çirkliliyinə səbəb olan köhnə nəqliyyat vasitələrinin yığışdırılması ilə bağlı heç bir addım atmır",- Pirhadi bildirib.

Qeyd edək ki, son bir ildə İranın paytaxtı Tehran hava çirkliliyi səviyyəsinə görə bir neçə dəfə "dünyanın ən çirkli şəhəri" seçilib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar