SON XƏBƏRLƏR

Dərman Şirkətinin 500 işçisi işsiz qaldı

2023.08.17, 16:29
Dərman Şirkətinin 500 işçisi işsiz qaldı

İranın Qida və Dərman Təşkilatı ilə "Alhavi" Dərman Şirkəti rəhbərliyi arasında yaranan ixtilaflara görə şirkətin beş yüzə yaxın işçisi işsiz qalıb.

Gunaz.tv

Bu barədə "İLNA" xəbər agentliyi məlumat yayıb.

İşçilər iki qurum arasında yaranan münaqişənin qurbanı olduqlarını yazıb. Heç bir kompensasiya ödənilmədən işlərinin dayandırılmasından narazılıqlarını bildiriblər.

"Alhavi" Dərman Şirkətinin rəhbərliyi bəyanat yayaraq şirkətin bağlanmasını Qida və Dərman Təşkilatının qanunsuz müdaxilələri ilə əlaqələndirib.

Bu, İranda dərman çatışmazlığı ilə eyni vaxta təsadüf etdiyinə görə bu sahədə olan çatışmazlığın şiddətlənəcəyi ehtimal edilir.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar