SON XƏBƏRLƏR

Urmu gölünün son durumu ilə bağlı fotolar yayıldı-FOTO

2023.08.18, 12:19
Urmu gölünün son durumu ilə bağlı fotolar yayıldı-FOTO

Urmu gölünün son durumunu əks etdirən fotolar yayılıb.

Gunaz.tv

Ətraf mühit fəalları Urmu gölünün son durumu ilə bağlı fotolar paylaşaraq gölün tamamilə yox olmaq ərəfəsində olduğunu yazıblar.

Avqustun 17-də çəkilən fotolardan hökumətin gölün bərpası istiqamətində  işlərin davam etdirildiyi  barədə iddialarının həqiqətə uyğun olmadığı məlum olur.

Qeyd edək ki, ekoloqların verdiyi məlumata görə, hazırda gölün sahəsi 682 kvadrat kilometrə qədər kiçilib.

Göldə mövcud olan suyun həcmi isə daha da azalaraq 900 milyon kubmetrə düşüb.

Qeyd edək ki, Urmu gölünün ekoloji su həcmi 15,5 milyard kubmetr, ekoloji sahəsi isə 4635 kvadrat kilometr olmalıdır.

Timur
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar