SON XƏBƏRLƏR

Güneyli milli fəal həbs edilib

2023.09.19, 16:46
Güneyli milli fəal həbs edilib

Şərqi Azərbaycan əyalətinin Binab şəhərindən olan milli-mədəni fəal Babək Rəhməti həbs edilib.

Gunaz.tv

Bu barədə məlumat verən sosial media fəalları təhlükəsizlik məmurlarının onu iş yerində həbs edərək naməlum yerə apardıqlarını bildiriblər.

Babək Rəhməti bundan əvvəl 2019-cu ilin dekabr ayında da, Cənubi Azərbaycan Milli Hökumətinin qurulmasının ildönümü mərasimlərində iştirak etdiyinə görə həbs edilmişdi.

Qeyd edək ki, son bir ay ərzində Güney Azərbaycan şəhərlərində çox sayda milli fəal saxlanılıb.

Onların həbsini əsaslandırmaq üçün bir neçəsinə qarşı saxta ittihamlar irəli sürülüb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar