SON XƏBƏRLƏR

“Girov götürülmüşlər üçün İrana pul ödəmək düzgün deyil” - Bolton

2023.09.22, 12:11
“Girov götürülmüşlər üçün İrana pul ödəmək düzgün deyil” - Bolton

“Girov götürülmüş insanlar üçün İrana pul ödəmək terrosistləri girov götürməyə daha da həvəsləndirər.” Bunu Amerikanın keçmiş milli təhlükəsizlik məsləhətçisi Con Bolton deyib.

Gunaz.tv

“Bayden iqtidarının girov götürülmüş amerikalıların sərbəst buraxılması üçün İrana pul ödəməsi dəhşətdir. Bu tərz, terrorist qurpları və sair ölkələri də öz məqsədlərinə çatmaq üçün insanları girov gütürməyə həvəsləndirər. Amerika dövləti onlara mükafat əvəzinə efektiv diplomatiya və aqresiv gücdən istifadə etməlidir.”- deyə Bolton vurğulayıb

“Gülməli burasıdır ki, Rəisi hələ bir BMT-nin tribunası arxasında Qasım Süleymanini öldürməkdə rolları olanlardan intiqam alacağı hədəsini irəli sürdü. Onun bu hərəkəti İran dövləti tərəfindən Amerikaya buynuz göstərmək olduğu bir halda Bayden iqtidarı İrana qarşı zəyiflik nümayiş etdirir. 

Nüvə Sazişini bərpa etməyək üçün  İranla yola getmək bölgə ölkələrinə də sankı- nüvə silahı dalınca olun mesajıdır.”-bunları  Bolton İrana müxalif qəzetlə müsahibəsinin davamında deyib.

Xatırladaq ki,Amerika, Rusiya, Çin, İngiltərə və Fransa üstəgəl Almaniyadan ibarət 5+1 Qrupu 2015-ci ildə İranla Nüvə sazişi bağlayaraq bu ölkəyə xeyli imtiyazlar vermişdir. 

Lakin Donald Tramp iqtidarında Amerika sazişdən birtərəfli çıxmaqla icrası dayandırılıb. Bayden iqtidarı və İran hazırda həmin sazışı dirçəltmək niyyətində olduqlarını bildiriblər. 

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar