SON XƏBƏRLƏR

İran təhdidi İsraillə ərəb ölkələrinin yaxınlaşmasına səbəb olub

2023.09.23, 14:19
İran təhdidi İsraillə ərəb ölkələrinin yaxınlaşmasına səbəb olub

İsrailin BMT-dəki səfiri Gilad Erdan deyib ki, İran rejiminin təhdidləri İsrail və bir sıra ərəb ölkələrini bir-birinə yaxınlaşdırıb. 

Gunaz.tv

O, bu barədə mediaya verdiyi açıqlamada bildirib.

Səfir, İsrailin 1979-cu il inqilabından əvvəl İranla yaxşı əməkdaşlıq etdiyini xatırladıb və bu əlaqələrin yenidən qurulacağına ümid etdiyini söyləyib.

O, İranın nüvə proqramının davam etdirilməsindən narahatlığını ifadə edərək bildirib ki, Tehran hakimiyyəti Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişlərinin üçdə birini uzqlaşdırıb, nüvə obyektlərində müşahidə kameralarına girişi kəsib və uranı az qala hərbi istifadə həddinə qədər zənginləşdirməyə davam edir.

Gilad Erdan İranla nüvə sazişinin terrorizmə dəstək üçün xərclənəcək milyardlarla dolları İranın xəzinəsinə göndərəcəyi ilə bağlı xəbərdarlıq edib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar