SON XƏBƏRLƏR

Milli fəal Əşkan Səadətmehr həbs edilib

2023.10.02, 10:36
Milli fəal Əşkan Səadətmehr həbs edilib

Təhlükəsizlik məmurları Urmu şəhərində yaşayan mədəni fəal Əşkan Səadətmehri həbs ediblər.

Gunaz.tv

Bildirilib ki, fəalın ailəsi məsələnin ictimailəşdirilməməsi ilə bağlı təhdid edildiyi üçün onun həbs xəbəri gec yayılıb.

Ə.Səadətmehrin sentyabrın 20-də saxlanıldığı, təhlükəsizlik təcridxanasında dindirildikdən sonra 26 sentyabrda Urmu həbsxanasına köçürüldüyü bildirilib.

Ona qarşı irəli sürülən ittiham barədə məlumat verilməyib.

Bundan öncə 2022-ci il sentyabrın 24-də İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları Əşkan Səadətmehrin evinə basqın edərək onu və həyat yoldaşını döymüş, onlara məxsus əşyaları müsadirə etmişdilər.

Səadətmehr 2021-ci ilin 24 iyul tarixində Güney Azərbaycan şəhərlərində Xuzistan ərəblərinə dəstək aksiyası zamanı başqa urmulu fəal Əkbər Quluzadə ilə birlikdə saxlanılıb.

Sonuncu həbs zamanı milli fəal təhlükəsizlik məmurları tərəfindən şiddətli şəkildə döyüldüyü üçün ağır bədən xəsarətləri alıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar