SON XƏBƏRLƏR

Mədəni fəal Urmu həbsxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılır

2023.10.03, 15:26
Mədəni fəal Urmu həbsxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılır

Qərbi Azərbaycanın mərkəzi Urmu şəhərindən olan mədəni fəal Əşkan Səadətmehr həbsxanada qeyri-müəyyən vəziyyətdə saxlanılır.

Gunaz.tv

Onun yaxınlarının verdiyi məlumata görə, fəala qarşı "hökumətə qarşı təbliğat" və "müqəddəsləri təhqir etmək" ittihamları irəli sürülüb.

Bildirilib i, işin müstəntiqi qanunsuz olaraq fəalın girov qarşılığında məhkəməyə qədər sərbəst buraxılmasına icazə verməyib.

Qeyd edək ki, Ə.Səadətmehr sentyabrın 20-də saxlanılıb, təhlükəsizlik təcridxanasında dindirildikdən sonra sentyabrın 26 Urmu həbsxanasına köçürülüb.

O, bundan əvvəl dinc mədəni fəaliyyətlərinə görə bir neçə dəfə həbs edilib və məhkumluq dövrü yaşayıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar