SON XƏBƏRLƏR

İran nümayəndələri HƏMAS-la görüşəcəklər

2023.10.12, 15:26
İran nümayəndələri HƏMAS-la görüşəcəklər

İran parlamentinin nümayəndə heyəti HƏMAS-çılar və başqa antiisrail qüvvələrlə görüşərək, müzakirələr aparmaq üçün Livan və Suriyaya səfər edəcəklər.

Gunaz.tv

Bu barədə parlamentin Milli Təhlükəsizlik Komissiyasının sədri Vahid Cəlalzadə deyib.

“Milli Təhlükəsizlik Komissiyası Qəzza zolağında və "işğal olunmuş ərazilərdə" baş verənləri qiymətləndirmək üçün “İslami-Cihad” hərəkatı, HƏMAS və müvafiq qurumların nümayəndələri ilə görüşlər təşkil edib, bu əməliyyatın gələcəyi ilə bağlı proqnozları nəzərdən keçirib”, - o, qeyd edib.

Cəlalzadə baş verənlərlə bağlı parlamentin dövlətlə davamlı məsləhətləşmələr apardığını və İsrailə qarşı əməliyyatlarda hər cür dəstək verməyə hazır olduğunu deyib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar