SON XƏBƏRLƏR

Füzulidə mülki şəxslər minaya düşüb, ölən və yaralanan var

2023.10.13, 10:35
Füzulidə mülki şəxslər minaya düşüb, ölən və yaralanan var

Bu gün Füzuli rayonunun Aşağı Veysəlli kəndi ərazisində minalardan təmizlənməyən ərazidə mina partlayışı baş verib. Bu barədə Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıb.

Gunaz.tv

İlkin məlumata əsasən, tank əleyhinə mina partlayışı nəticəsində "Qazel" markalı maşının sürücüsü - Əbilov Famil İlyas oğlu həlak olub, "Kamaz" tipli yük maşınının sürücüsü - Bayramov Namaz Nəbadi oğlu xəsarət alıb.

ANAMA bir daha vətəndaşları məsuliyyətli davranmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, qaydalara riayət etməyə çağırır.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar