SON XƏBƏRLƏR

Amerika İran istehsalı PUA-ların qalıqlarını sərgiləyib

2023.10.13, 14:21
Amerika İran istehsalı PUA-ların qalıqlarını sərgiləyib

Amerikanın hərbi rəsmiləri oktyabrın 12-də Ukraynaya qarşı istifadə olunmuş İran PUA-larının qalıqlarını BMT-yə üzv ölkələrin təmsilçilərinə sərgiləyib.

Gunaz.tv

Pentaqon bildirib ki, Ukrayna ərazisində aşkarlanmış bu hissələr İran və Rusiyanın hərbi əlaqələrinin olmasına və bu əlaqələrin artdığına sübutdur.

Amerikanın BMT-də təmsilçisi bu sərgi tədbirinə dünya ölkələrindən 40-dan çoxnunun qatıldığını bildirib. 

Amerikanın Müdafiə Kəşfiyyatı Agentliyinin rəsmiləri aşkarlanmış hissələrin İran istehsalı Şahid-101, 131 və 136 PUA-larına məxsus olduğunu bildiriblər. 
عکس آرشیوی از بقایای یک پهپاد شاهد ایرانی که در روز نخست سال جاری میلادی در کی‌یف، پایتخت اوکراین سرنگون شد.

“İran yalan danışır. Biz bu sərgi tədbiri ilə (Rusiya-İran əməkdaşlığına sübut olaraq) Rusiya qüvvələrini Ukrayna ərazilərindən geri oturtmaq istəyirik.”-deyə agentliyin bir analitiki bildirib.

Həmçinin, Britaniyanın rəsmiləri sərgidə bir neçə başqa əşya qalıqlarını nümayiş etdiriblər.

Onların bildirdiyinə əsasən həmin raket qalıqlarının üzərində İrana məxsus əlamətlər və seriya nömrələri müşahidə olunur.  

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar