SON XƏBƏRLƏR

ABŞ-dən İsrailə hərbi yardım aparan ikinci təyyarə yola salınıb

2023.10.13, 16:33
ABŞ-dən İsrailə hərbi yardım aparan ikinci təyyarə yola salınıb

ABŞ-dən İsrailə hərbi yardım aparan ikinci təyyarə yola salınıb. Bu barədə “The Times of İsrael” nəşri yazıb.

Gunaz.tv

Nəşrin sözlərinə görə, HAMAS-ın hücumu səbəbindən  ABŞ-nin İsrailə hərbi yardımı davam edir.

Göndərilən yardıma müxtəlif silahlar, mərmilər, Dəmir Qübbə (İron Dome) taktiki raketdən müdafiə sistemi üçün raketlər və digər hərbi təyinatlı ləvazimatlar daxildir. 

Həmçinin bildirilir ki, ABŞ-nin xüsusi əməliyyat dəstələri İsrail ordusuna kəşfiyyat, döyüşlərin planlaşdırılması və girovların qaytarılması məsələlərində dəstək göstərir.

Təyyarənin bu gün Virciniya ştatının Norfolk şəhərindəki hava limanından qalxdığı qeyd edilib.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar