SON XƏBƏRLƏR

Güneylilər Azərbaycana qarşı təbliğata etiraz etdilər

2023.10.21, 09:56
Güneylilər Azərbaycana qarşı təbliğata etiraz etdilər

Güney azərbaycanlı sosial media istifadəçiləri "Hüseyniyyun" terror təşkilatının fəaliyyətinə görə hökumətə müraciət ediblər.

Gunaz.tv

Azərbaycanda axtarışda olan "Hüseyniyyun" qruplaşmasının İrana sığınmış üzvlərinin Azərbaycan əleyhinə təbliğatları güney azərbaycanlı sosial media istifadəçilərinin narazılığı ilə qarşılaşıb.

Onlar bununla bağlı sosial media kanallarında paylaşımlar edib, hökumətə müraciət ünvanlayıblar.

Güneyli sosial media istifadəçiləri qruplaşma üzvlərinin Azərbaycana qarşı təxribatçı fəaliyyətlər göstərmələri və həqiqətə uyğun olmayan təbliğatlar aparmaları barədə İran hökumətinə xəbərdarlıq ediblər.

Bildiriblər ki, Azərbaycana qarşı belə təxribatçı fəaliyyətlər İranda yaşayan çox milyonluq azərbaycanlıların hakimiyyətə qarşı çıxmaları ilə nəticələnəcək.

Qeyd edək ki, son günlər "Hüseyniyyun" qruplaşmasının üzvləri İranın dövlət televizyası kanallarında çıxışları artıb.

Onlar Azərbaycanı İsrailə dəstək verməkdə günahlandırır, Azərbaycan hökumətinə qarşı çağırışlar edirlər.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar