SON XƏBƏRLƏR

İranda sosial media fəalları həbs edilib

2023.10.21, 13:56
İranda sosial media fəalları həbs edilib

İranın Mazandaran əyalətinin Babolsər şəhərində bir neçə sosial media kanalını idarə edənlər həbs edilib.

Gunaz.tv

Bu abrədə yerli media fəalları məumat yayıb.

Bildirilib ki, sosial media fəallarını Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin əməkdaşları saxlayıb.

Onlar "əks-inqilabçı və hökumət müxalif qüvvələrlə əməkdaşlıqda"da günahlandırılıblar.

Fəalların harada saxlanıldıqları barədə açıqlama verilməyib.

Qeyd edək ki, iyun ayında İranın rəhbəri Əli Xaməneyi sosial media istifadəçilərinə və fəallarına qarşı ölçü götürülməsini tələb etdikdən sonra təzyiqlər daha da artırılıb.

Xaməneyi, sosial media istifadəçilərini və sosial medianı zərərli fəaliyyətdə ittiham edib və bunun qarşısını almağa çağırıb.

"Bir qrupun kiber məkan vasitəsilə xalqın əsəbləri ilə oynamaları və onların zehni təhlükəsizliklərini pozmaları qanuna ziddir. Məhkəmə orqanları bununla bağlı ciddi ölçü götürməli, nizam-intizam yaratmalıdır"- İran rəhbəri belə deyib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar