SON XƏBƏRLƏR

Urmu gölü ilə bağlı aksiyalar davam edir

2023.10.31, 12:12
Urmu gölü ilə bağlı aksiyalar davam edir

Urmu gölü ətrafında baş verən ekoloji faciə ilə bağlı etiraz aksiyaları və gölün bərpasına çağırışlar davam edir.

Gunaz.tv

Bu qəbildən olan aksiyaların ardınca Urmu və Təbriz şəhərlərində posterlər və yazılı vərəqlər yayılıb, divarlara yapışdırılıb.

Bununla yanaşı Ermənistanın Araz çayını çirkləndirməsinə diqqət çəkilib, azərbaycanlılardan hər iki problemlə bağlı birlik göstərmələri istənilib.

Qeyd edək ki, Urmu gölünün normal ekoloji su həcmi 30 milyard kubmetrdən çox, minimum ekoloji sahəsi isə 4635 kvadrat kilometr olmalıdır.

Ancaq gölün hazırkı sahəsi təxminən 500 kvadrat kilometrə qədər kiçilib, su həcmi isə 600 milyon kubmetrdən azdır.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar