SON XƏBƏRLƏR

Güneyli rəssamın əsərləri Türkiyədə sərgiləndi

2023.11.06, 12:49
Güneyli rəssamın əsərləri Türkiyədə sərgiləndi

Təbrizli rəssam və karikaturaçı Elnaz Xakzadın rəsm əsərləri Türkiyənin Antaliya şəhərində sərgilənib.

Gunaz.tv

Əsərlər Antaliyada keçirilən "Yörük Türkman" festivalında nümayiş etdirilib.

Təbrizli rəssamın nümayiş etdirilən əsərləri "Dədə Qorqud" əsərinin dastanları əsasında çəkilib.

Noyabrın 3-də başlayan festival və sərginin noyabrın 5-i axşam saatlarında bağlanış mərasimi keçirilib.

Qeyd edək ki, Elnaz Xakzad Türkiyədə təhsil alır, o, daha çox Güney Azərbaycanda baş verən ictima-mədəni və iqtisadi məsələlərlə bağlı çəkdiyi karikaturaları ilə tanınır.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar