SON XƏBƏRLƏR

Türkiyə də Suriyadakı səfirliyini bağlayır

2021.10.20, 07:36
Türkiyə də Suriyadakı səfirliyini bağlayır

Gunaz.tv

GünAz TV: Türkiyə Suriyada fəaliyyət göstərən səfirliyini martın (March) 22-də bağlayacaq.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Yeni Şafak" qəzeti diplomatik mənbələrə istinadən məlumat verib. Buna baxmayaraq Türkiyənin Hələbdəki konsulluğu öz fəaliyyətinə davam edəcək.

 

Eyni zamanda, Ankara Suriyadakı bütün Türkiyə vətəndaşlarını geri çağırıb.

 

Qeyd edək ki, ötən ilin martından etibarən Suriyada hökumət əleyhinə etiraz aksiyaları (yürüş) davam edir. Hər gün həm dinc sakinlər, həm də güc strukturlarının (saxtar, yapı) əməkdaşları arasında ölüm halları haqqında məlumatlar daxil olur.

 

BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) verdiyi rəsmi açıqlamaya görə, Suriyada münaqişələrin başladığı gündən etibarən ölənlərin sayı 7 min nəfəri keçib, 200 min nəfər isə evlərini tərk etmək məcburiyyətində qalıb. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar