SON XƏBƏRLƏR

İran banklarına qarşı daha bir önəmli sanksiya tətbiq olundu

2021.10.20, 07:36
İran banklarına qarşı daha bir önəmli sanksiya tətbiq olundu

Gunaz.tv

GünAz TV: Banklararası Beynəlxalq Əlaqələr Assosiasiyası (əncüməni) martın (March) 15-də rəsmi bəyanat yayaraq İran bankları ilə bütün əlaqələri və onlara bank xidməti göstərilməsini tam dayandırdığını bildirib.

 

GünAz TV mətbuat mərkəzinin “Media forum”a istinadən yaydığı məlumata görə, Banklararası Beynəlxalq Əlaqələr Assosiasiyası (SWİFT) İran banklarına bank xidmətini dayandırmasını bu ölkəyə beynəlxalq sanksiyalarla (təhrim) əlaqələndirib: “Avropa Birliyinin İrana qarşı sanksiyaları SWİFT kimi qurumların bu ölkənin banklarına maliyyə xidmətlərin göstərilməsinə imkan vermir”.

 

 SWİFT beynəlxalq böyük banklara aid Belçika təşkilatıdır. Bu təşkilat Avropa Birliyi Mərkəzi Bankının, ABŞ-ın (Amerika Birləşmiş Ştatları) Maliyyə Nazirliyinin və iqtisadi baxımdan daha bir neçə fövqəldövlətin mərkəzi banklarının nəzarətində fəaliyyət göstərir. Dünyanın bütün bankları öz aralarında bank əməliyyat və mübadilələri apararkən həmin təşkilatın xidmətlərindən istifadə edirlər. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar