SON XƏBƏRLƏR

Fəranək Fəridin məhkumluğu barədə iki məhkəmə qərarı çıxarılıb

2021.10.20, 07:36
Fəranək Fəridin məhkumluğu barədə iki məhkəmə qərarı çıxarılıb

Gunaz.tv

GünAz TV: Təbrizin inqilab məhkəməsinin 104-cü şöbəsi azərbaycanlı ziyalı, qadın haqları fəalı xanım Fəranək Fəridi 91 gün həbsə məhkum edib.

 

Məhkəmə hökmü xanım Fəranəkin Urmu Gölü ilə bağlı keçirilən kütləvi etiraz yürüşlərinə qatıldığı səbəbindən çıxarılıb. Məhkəmə, xanım Fəranək Fəridi etirazçıları Təbrizdə kütləvi yürüşü davam etdirməyə təhrik etməkdə günahlandırıb. Hakim müttəhimin bu əməlini ümumi asayişi pozmaq kimi qiymətləndirib və onun barəsində həbs qərarı çıxarıb.

 

Təbrizin inqilab məhkəməsinin birinci şöbəsində də Hakim Həmlbərin sədrliyi ilə məhkəmə iclası keçirilib. Mühakimə nəticəsində xanım Fəranəkin 1 milyon tümən cərimə olunacağına dair qərar çıxarılıb. Müttəhim sistemin əleyhinə təbliğdə suçlanıb. Məhkəmənin əsası, müttəhimin Urmu Gölü ilə bağlı göndərdiyi bir neçə SMSdən ibarət olub. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar