SON XƏBƏRLƏR

Amerika Qələm Assosiasiyası Nərgiz Məhəmmədiyə görə İrana müraciət etdi

2023.11.30, 13:06
Amerika Qələm Assosiasiyası Nərgiz Məhəmmədiyə görə İrana müraciət etdi

Amerika Qələm Assosiasiyası həbsdə olan hüquq müdafiəçisi, siyasi məhbus və Nobel Sülh mükafatı laureatı Nərgiz Məhəmmədi ilə bağlı İran hökumətinə müraciət edib.

Gunaz.tv

Müraciətdə İran hökumətindən Nərgiz Məhəmmədini 10 dekabrda ona Nobel mükafatının veriləcəyi tarixə qədər sərbəst buraxmasını tələb edilib.

"Nərgiz Məhəmmədinin adı İranda insan haqları uğrunda mübarizənin sinonimidir",- müraciətdə qeyd edilib.

Amerika Qələm Assosiasiyası vurğulayıb ki, Nərgiz Məhəmmədinin insan hüquqlarının pozulması ilə yanaşı, onun həbsdə qalması bu gün İranda və dünyada siyasi opponentlərin və insan haqları müdafiəçilərinin vəhşicəsinə təqib edilməsini göstərir.

Qeyd edək ki, Güney Azərbaycanın Zəncan şəhərində doğulan Nərgiz Məhəmmədi hazırda Tehranın Evin həbsxanasında saxlanılır. O, 10 il 8 ay həbs, 154 şallaq cəzasına məhkum edilib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar