SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Məhəmmədəli Təqvayi cərimələnəcək

2021.10.20, 07:36
Azərbaycanlı fəal Məhəmmədəli Təqvayi cərimələnəcək

Gunaz.tv

GünAz TV: Mərəndin inqilab məhkəməsinin qərarına əsasən azərbaycanlı fəal Məhəmmədəli Təqvayi cərimələnəcək.

 

Sistemin əleyhinə təbliğdə suçlanan Təqvayi 1 milyon tümən cərimə ödəməlidir.

 

Məhəmmədəli Təqvayi bu ilin “21 Azer” günü Mərənddə Bildiriş yaymaq, türk dilində kitab və dərgi saxlamaq ittihamı ilə ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən tutuqlanıb və bir neçə gün işgəncələr altında saxlanıldıqdan sonra məhkəməyə intiqal edilmişdir.

Məhkəmə zəbt olunan kitab və dərgilərin məhvinə dair də qərar çıxarıb.

 

Qeyd edək ki, adını çəkdiyimiz azərbaycanlı fəal 2006-ci il may qiyamı (1385-ci il xordad qiyamı) zamanı yaralanıb, təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb və sonra bəraət tazanan soydaşlarımızdan biridir. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar