SON XƏBƏRLƏR

İranda Avropa Birliyinin diplomatının məhkəməsi keçirilir

2023.12.10, 18:33
İranda Avropa Birliyinin diplomatının məhkəməsi keçirilir

İki ilə yaxındır İranda həbs edilən 33 yaşlı isveçli Yuhan Flodrusun məhkəməsi başlayıb.

Gunaz.tv

Bu barədə İsveç Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, İsveçin Tehrandakı səfiri məhkəmə iclasında iştirak etmək üçün getsə də, onu məhkəməyə buraxmayıblar. 

İsveç Xarici İşlər Nazirliyi yaydığı bəyanatda İran hökumətindən Yuhan Flodrosun məhkəmə prosesində iştirak etmək hüququnun təmin edilməsini tələb edir.

Bundan əvvəl yaydıqları bəyanatda İsveç vətəndaşının ailəsi vurğulayıb ki, Flodrus dil öyrənmək, tarixi yerləri araşdırmaq və İranda humanitar əməkdaşlıq layihələrini dəstəkləmək üçün Avropa Birliyi adından İran da daxil olmaqla, Yaxın Şərqin hər yerinə səyahət edib.

İsveç vətəndaşı 33 yaşlı Yuhan Flodrus 2022-ci ilin yazında İrana səfər edib və həmin ilin aprel ayın 17-də ölkəsinə qayıtmaq istədiyi vaxt hava limanında təhlükəsizlik məmurları tərəfindən həbs edilib.

Avropa Birliyinin diplomatı casusluqda ittiham edilir.

Yuhan Flodrusun həbsinin İsveçdə həbsdə olan İranın keçmiş prokuror köməkçisi Həmid Nuri ilə  dəyişdirilməsi məqsədi daşıdığı ehtimal edilir.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar