SON XƏBƏRLƏR

Güneyli aktivist məhkəmədə ittihamlara qarşı özünü müdafiə edib

2023.12.21, 13:08
Güneyli aktivist məhkəmədə ittihamlara qarşı özünü müdafiə edib

“Boksçu Kərim” kimi tanınan idmançı Kərim İsmayılzadənin məhkəməsi keçirilib.

Gunaz.tv

Dekabrın 20-si keçirilmiş məhkəmə iclasında Kərim İsmayılzadə elan olunmuş ittihamlarla razılaşmayıb.

O, elan olunmuş ittihamların İranın konstitusiyasında cinayət olmadığını bildirib.

İdmançı həmçinin qeyd edib ki, irəli sürülmüş ittihamlar hər bir insanın təməl hüquqları sırasındadır.

İsmayılzadənin vəkili Əsğər Məhəmmədi də iclasda sənədli və şifahi müdafiə çıxışı ilə konstitusiyanın müddəalarına istinad edərək, ittihamların cinayət olmadığını deyib.

“Ətraf mühit problemləri üzrə aktivist fəaliyyətləri Azərbaycan aktivistlərinin milli və qanuni məsuliyyətləridir. Həmçinin İranın konstitusiyasında bu fəaliyyətlərə icazə verilib.”- deyə Məhəmmədi qeyd edib.

Boksçu İsmayılzadə iclasın sonunda 1.5 milyar tümənlik mülk təzminatı ilə məhkəmə qərarı çıxarılnadək səbəst buraxılıb. 

Xatırladaq ki, Əsğər Məhəmmədi Azərbaycanın insan haqlarını müdafiə edən vəkillərdən biridir. O, Urmu Gölünün məhv olunmasının qarşısını almaq istiqamətində böyük fəaliyyətlər göstərib.

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar