SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Mehdi Deyhəmi barəsində həbs qərarı çıxarılıb

2021.10.20, 07:36
Azərbaycanlı fəal Mehdi Deyhəmi barəsində həbs qərarı çıxarılıb

Gunaz.tv

GünAz TV: Azərbaycanlı fəal Mehdi Deyhəmi (Güntay) Qoşaçayın ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinə çağırılıb. Ona, həbsə məhkum olduğu ilə bağlı məlumat verilib.  

 

Məlumata görə, Mehdi Deyhəmi sistemin əleyhinə fəaliyyətdə günahlandırılaraq 5 ay həbsə məhkum edilib. O, yanvarın 29-u (bəhmənin 9-u) Mahabadın (Soyuqbulaq) inqilab məhkəməsində mühakimə olunub.

 

Xatırladaq ki, adını çəkdiyimiz azərbaycanlı fəal Urmu Gölü ilə bağlı keçirilən kütləvi etirazlar zamanı 2011-ci il avqustun 30-da (1390-cı il şəhrivərin 8-də) Qoşaçayın Çaharbürc qəsəbəsində tutuqlanıb, 8 gün saxlanıldıqdan sonra mülki vəsiqə qarşılığında azadlığa buraxılmışdır. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar