SON XƏBƏRLƏR

Daha bir erməni sayıqlaması: “Türkiyə də tarixi erməni torpağıdır”

2021.10.20, 07:36
Daha bir erməni sayıqlaması: “Türkiyə də tarixi erməni torpağıdır”

Gunaz.tv

GünAz TV: Daha bir Ermənistan rəsmisi Türkiyəni tarixi erməni torpağı olduğunu iddia edib.

Ermənistan parlamentinin vitse-spikeri (sədr müavini) Eduard Şarmazanov Türkiyə baş nazirinin müavini Bəkir Bozdağın Bakıya səfəri zamanı etdiyi açıqlamalara cavab verərək bildirib ki :” Nəinki qədim erməni torpağı Arsax, Bozdağın vətəndaşı olduğu Türkiyə dövlətinin əraziləri də tarixi erməni torpaqlarıdır”.

 Xatırladaq ki, Bozdağ Bakıya səfəri zamanı Serj Sarkisyanın “Qarabağ tarixi erməni torpağı olub və olacaq” fikrinə münasibət bildirərək ” Qarabağ türk torpağıdır və ermənilər tərəfindən qeyri-qanuni şəkildə işğal olunub” və “Ermənistan qoşunları Qarabağdan çıxmayana qədər türk-erməni əlaqələrinin nizamlanmasından söhbət gedə bilməz” deyib.

 “Nəzərinizə çatdırım ki, bugünkü Türkiyə yerli erməni və yunan əhalisinin məhv edilməsindən sonra tarixi erməni və yunan torpaqlarında yaradılmışdır.Qarabağın işğalına gəlicə isə, ilk öncə Azərbaycan işğal etdiyi Şaumyan və Qetaşenadan, Türkiyə isə Şimali Kiprdən öz qoşunlarını çıxarmalıdır” deyə E.Şarmazanov bildirib. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar