SON XƏBƏRLƏR

Təbrizdə mazut yandırılması üzündən havanın çirkliliyi artıb

2024.01.01, 15:15
Təbrizdə mazut yandırılması üzündən havanın çirkliliyi artıb

Təbrizdəki istilik elektrik stansiyasında mazut yandırılması şəhərin havasının çirklənməsinə səbəb olub.

Gunaz.tv

Təbrizin Ətraf Mühit İdarəsinin baş müdiri Şəhnam Əştəri mazutdan istifadənin Təbrizdə havanın çirklənməsində ciddi təsiri olduğunu təsdiq edib.

“Ümid edirəm ki, Təbriz istilik elektrik stansiyasının müdirləri lazımi addımları atıb və yanacağı dəyişdirərək tez zamanda şəhərdə ətraf mühitin çirklənməsinin qarşısını alacaqlar",- Əştəri mediaya verdiyi açıqlamada bildirib.

Ətraf Mühit İdarəsi dekabrın 30-da Təbrizdə havanın həssas yaş qrupları üçün təhlükəli olduğuna dair xəbərdarlığı yanvarın 1-i üçün yenidən təkrar edib.

Qeyd edək ki, son vaxtlar Təbrizdə havanın çirklilik səviyyəsinin artması üzündən dəfələrlə məktəblərdə dərslər dayandırılıb.

Ətraf mühit fəalları hesab edir ki, hava çirkliliyinin əsas səbəblərindən biri istilik elektrik stansiyasında (İES) mazutdan istifadə edilməsidir.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar