SON XƏBƏRLƏR

Hindistandakı terror aktlarında şübhəli bilinən iranlılarla bağlı yeni məlumat yayılıb

2021.10.20, 07:36
Hindistandakı terror aktlarında şübhəli bilinən iranlılarla bağlı yeni məlumat yayılıb

Gunaz.tv

GünAz TV: Hindistan polisi 2012-ci ilin fevralında (February) Dehlidə İsrailin diplomatik nümayəndələrinə qarşı terror aktlarının həyata keçirilməsində şübhəli bilinən üç iranlının adını açıqlayıb.

 

Gün.Az İnterfaks-a istinadən xəbər verir ki, bu barədə yerli kütləvi informasiya vasitələri məlumat yayıb.

 

 Polisin məlumatına görə, üç İran vətəndaşı turist vizaları ilə Hindistana gəlib və Dehlinin mərkəzində İsrail səfirliyi qarşısında partlayışdan sonra ölkəni tərk ediblər.

 

 Hindistan polisindəki mənbə bildirib ki, adları göstərilməklə şübhəlilərin həbsinə dair order (sifariş) İran hökumətinə göndərilib.

 

 Mənbə həmçinin Hindistanın dəstək üçün İnterpola müraciət edəcəyini istisna etməyib. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar