SON XƏBƏRLƏR

Xamneyi Sistemin Məsləhətlərini Müəyyənləşdirən Qurumda dəyişiklik edib

2021.10.20, 07:36
Xamneyi Sistemin Məsləhətlərini Müəyyənləşdirən Qurumda dəyişiklik edib

Gunaz.tv

GünAz TV: Martın (March) 14-də İranın dili lideri Əli Xamneyinin hökmü ilə Haşimi Rəfsəncani daha 5 il müddətinə Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi vəzifəsinə təyin edilib.

 

GünAz TV mətbuat mərkəzinin “Media forum”a istinadən yaydığı məlumata görə, Xamneyinin qərarında 1988-ci ildə İran İslam Cümhuriyyətinin qurucusu Xomeyninin hökmü ilə quruma üzv seçilən, İran müxalifətinin bir ildən çoxdur həbsdə saxlanan lideri Mirhüseyn Musəvinin qurumun üzvlülüyündən kənarlaşdırılması da nəzərdə tutulur.

 

 Mirhüseyn Musəvidən başqa qurumun əvvəlki üzvləri Məhəmməd İmami Kaşani, Məhəmməd Reyşəhri, Məhəmmədrza Təvəssüli, Bijən Namdar Zəngənə və Məhəmməd Haşimi (Rəfsəncaninin qardaşı) qurumun üzvlüyündən çıxarılıb. Onların yerinə Mahmud Haşimi Şahrudi, Mahmud Məhəmmədi İraqi, Qulamrza Mesbahi Müqəddəm, Məhəmmədhüseyn Səffar Hərəndi, Hüseyn Məhəmmədi, Sadıq Vaizzadə və İranın hazırkı müdafiə naziri Əhməd Vəhidi gətirilib. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar