SON XƏBƏRLƏR

İran hərbi hava təlimlərinə başladı

2024.01.18, 16:00
İran hərbi hava təlimlərinə başladı

Bölgədə gərginliyin artması ilə eyni vaxtda yanvarın 18-i səhər saatlarında İran silahlı qüvvələri cənub sahil zolağında genişmiqyaslı hərbi hava təlimlərinə başlayıb.

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

SEPAH və ordu qüvvələrinin birgə başladığı təlim Abadandan Çabahara qədər, yəni İran körfəzi sahilləri və ərazi suları, Oman dənizi sahilləri boyunca 400 kilometr məsafədə keçirilir.

"Onlarla pilotlu və pilotsuz təyyarənin də iştirak etdiyi təlimin məqsədi hava hücumundan müdafiə, təyyarələrlə mübarizə, neft emalı zavodları, atom elektrik stansiyaları və limanlar kimi həssas və həyati əhəmiyyətli mərkəzləri müdafiə etməkdir",- təlimlə bağlı yayılan məlumatda bildirilib.

Qeyd edək ki, bu, Pakistanın İranın raket zərbələrinə cavab verməsindən və İran daxilində 7 terror yuvasına hava zərbələri endirməsindən sonraya təsadüf edir.

İranın İslamabadın daha ciddi addımlar atacağından ehtiyat etdiyi üçün hərbi təlimlərə başladığı ehtimal edilir.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar