SON XƏBƏRLƏR

Şimali Koreya sualtı nüvə silahını sınaqdan keçirib

2024.01.19, 11:23
Şimali Koreya sualtı nüvə silahını sınaqdan keçirib

ABŞ, Yaponiya və Cənubi Koreyanın hərbi təlimlərinə cavab olaraq Şimali Koreya “Haeil-5-23” sualtı nüvə silah sistemini sınaqdan keçirib.

Gunaz.tv

Koreyanın müdafiə nazirliyinə istinad edən Koreya mərkəzi xəbər agentliyi (KCNA) belə məlumat yayıb.

“Koreya xalq demokratik respublikasının (KXDR) milli müdafiə akademiyasının sualtı silah sistemləri institutu Koreyanın Şərqi dənizinin (Şimali Koreyada Yapon dənizi belə adlandırılır) sularında hazırlanmaqda olan “Haeil-5-23” sualtı nüvə silahı sisteminin mühüm sınağını keçirib”, - məlumatda deyilir.

Şimali Koreyanın müdafiə nazirliyi bildirib ki, sınaqlar Amerikanın nüvə mühərrikli təyyarədaşıyan “Carl Vinson”, “Aegis” çoxfunksiyalı döyüş sistemi ilə təchiz olunmuş “Princeton” kreyserinin, Yaponiya və Cənubi Koreya donanmalarının gəmilərinin iştirakı ilə Çeju adasının ətrafında keçirilən üçgünlük dəniz təliminə cavabdır.

Müdafiə nazirliyinin adı açıqlanmayan rəsmisi ABŞ, Cənubi Koreya və Yaponiyanı hərbi təlimlərin “çılğın tempinə” görə günahlandıraraq, “fəlakətli nəticələr” barədə xəbərdarlıq edib.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar