SON XƏBƏRLƏR

Suriyada iki türk jurnalist yoxa çıxıb

2021.10.20, 07:36
Suriyada iki türk jurnalist yoxa çıxıb

Gunaz.tv

GünAz TV: XİN-in (xarici işlər nazirliyi) səylərinə baxmayaraq jurnalistlərdən xəbər almaq mümkün olmayıb.

 

Türkiyənin Xarici İşlər Nazirliyi Suriyada itkin düşən iki türk jurnalistin aqibətini öyrənmək üçün səy göstərir.

 

Jurnalist Adəm Özkösə və kameraman Həmid Coşkundan bir neçə gündür xəbər alınmır.

 

 Əsad rejiminə bağlı qüvvələrin hücumlarının hədəfi olan İdlib şəhərinə gedən jurnalistlərlə əlaqə qopub.

 

 Xarici işlər nazirliyi Özkösə və Coşkundan xəbər ala bilmək üçün həm Dəməşqdəki səfirlik, həm də Hələb baş konsulluğu vasitəsilə axtarışları davam etdirir. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar