SON XƏBƏRLƏR

Obama ilə Cameron Görüşdü,İki lider əhəmiyyətli açıqlamar etdi.

2021.10.20, 07:36
Obama ilə Cameron Görüşdü,İki lider əhəmiyyətli açıqlamar etdi.

Gunaz.tv

Obama ilə Cameron Görüşdü,İki lider əhəmiyyətli açıqlamar etdi.

GünazTV: ABŞ Başçısı Barak Obama, ölkəsində rəsmi ziyarətdə olan  İngiltərə Baş naziri David Cameron ilə ortaq mətbuat konfransı təşkil etdi.

Obama, Beyaz Evdə təşkil edilən yığıncaqda, ABŞ, İngiltərə və NATO müttəfiqlərinin, Əfqanıstanda ''İnkar edilə bilməz inkişaflr qeyd etdiklərini'' ifadə edərək, iki ölkənin, Əfqanları öyrətdiklərini və Talibanı parçaladıqlarını söylədi.

Barak Obama, NATO güclərinin, Əfqanıstanda 2013-cü ildə dəstək roluna keçməkdə qərarlı olduğunu, keçiş müddətindəki bir sonrakı mərhələnin, 2014-cü ilin sonuna qədər təhlükəsizlik idarəsinin Əfqanlara verilməsini ifadə etdi.

ABŞ Başçısı, İran mövzusunda, bu ölkənin beynəlxalq cəmiyyətə qarşı öhdəçiliklərini yerinə yetirmək məcburiyyətində olduğunu, əks halda bunun nəticələriylə üzləşəcəyini bildirdi.

Barak Obama, İranın nüvə proqramı məsələsini, ''Diplomatik şəkildə həll etmə pəncərəsinin bağlanmağa başladığınını dilə gətirərkən, İranı nüvə proqramından imtina etdirmək üçün hələ diplomatiyanın istifadə edilməsini seçdiyini söylədi.

S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar