SON XƏBƏRLƏR

ABŞ İranın kəşfiyyat gəmisinə kiber həmlə edib

2024.02.16, 11:58
ABŞ İranın kəşfiyyat gəmisinə kiber həmlə edib

3 Amerika rəsmisi İranın Qırmızı dəniz və Ədən körfəzində kəşfiyyat aparan və məlumat toplayan hərbi gəmisinə ABŞ tərəfindən kiber həmlə olunduğunu bildiriblər.

Gunaz.tv

İranın “Behşad” gəmisi husilərə ötürmək üçün yük gəmiləri barədə məlumatları toplayırmış. NBC XA-nin bu barədə xəbərinə istinadən kiber həmlə Bayden iqtidarının İranın dəstəklədiyi silhalı birləşmələrinin həmlələrinə cavabın bir hissəsidir. 

Kiber həmlədə məqsəd Behşad hərbi gəmisinin məlumat toplama gücünün azaldılması olub. 

Xatırladaq ki, Behşad kəşfiyyat gəmisi ötən ilin dekabr ayının sonlarında Cibuti dəniz limanı ərazisində Çinin hərbi bazasına yaxın sularda yerləşdirilib. 

Bunda məqsəd isə ABŞ dəniz qüvvələrinin gəmiyə həmləsi və yaxın saxlanılmasının qarşısını almaq olub. ABŞ adətən məxfi əməliyyatları, o cümlədən kiber həmlələri barədə məlumat yaymır. 

NBC-nin bildirməsinə istinadən kiber həmlə təxminən 1 həftə öncə olunub.

Taymaz 
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar