SON XƏBƏRLƏR

Obama: İranın nüvə probleminin sülh yolu ilə həll imkanları qurtarır

2021.10.20, 07:36
Obama: İranın nüvə probleminin sülh yolu ilə həll imkanları qurtarır

Gunaz.tv

Obama: İranın nüvə probleminin sülh yolu ilə həll imkanları qurtarır

Günaz TV:  İranın nüvə proqramı probleminin sülh yolu ilə həll olunması qeyri-mümkün olmağa başlayır. ABŞ prezidenti Barak Obama Böyük Britaniyanın baş naziri Devid Kemeronla birgə keçirdiyi mətbuat konfransında bu fikri işlədib.

«Biz İrana qarşı ən sərt sanksiyaları tətbiq etmişik, yayda bu sanksiyalar daha da güclənəcək (Avropa İttifaqı İrandan neft alınmasına embarqo qoyandan sonra).

Mən İrana açıq şəkildə başa saldım ki, «altılıq» çərçivəsində danışıqlar daha ağır nəticələrin qarşısını almağın yeganə yoludur. İranın təklif olunmuş yolla gedəcəyinə zəmanət verə bilərəmmi? Verə bilmərəm. Bu problemlərin diplomatik yollarla həll olunması üçün mövcud olan pəncərə daralır.

Mən nüvə silahına malik İranın qarşısını almaq istəmirəm, mən onun nüvə silahına malik olmasının qarşısını almaq istəyirəm», deyə Obama bildirib.S.B 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar