SON XƏBƏRLƏR

İranda axır çərşənbə mərasimi hansı hadisələrlə yadda qaldı?

2021.10.20, 07:36
İranda axır çərşənbə mərasimi hansı hadisələrlə yadda qaldı?

Gunaz.tv

GünAz TV: Martın (March) 13-də paytaxt Tehranda keçirilən axır çərşənbə mərasimi şənliklərində 74 nəfər ağır yaralanıb, bir nəfər isə ölüb.

İranın təcili tibbi yardımı həyata keçirən idarəsinin rəisi Qulamrza Məsumi jurnalistlərə açıqlamasında deyib ki, yanğından və taraqqanın partlamasından bədən xəsarəti alanların 16-sı qadın, 58 nəfəri kişidir: “Dünən axşam təcili tibbi yardım idarəsinə 5 mindən çox zəng gəlib. 74 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alaraq xəstəxanalara yerləşdirilib. Təəssüflər olsun ki, güclü taraqqanın partlamasının səsindən qorxub infarkt (səktə) keçirən 11 yaşlı uşaq yerindəcə keçinib”.

GünAz TV mətbuat mərkəzinin “Media forum”a istinadən yaydığı məlumata görə, Qulamrza Məsumi axır çərşənbə günü 51 evin və 26 avtomobilin yandığını da söyləyib. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar