SON XƏBƏRLƏR

Mahmud Əhmədinejad: “İranın xarici valyuta (ərz) fondu boşdur”

2021.10.20, 07:36
Mahmud Əhmədinejad: “İranın xarici valyuta (ərz) fondu boşdur”

Gunaz.tv

GünAz TV: İran Prezidenti Mahmud Əhmədinejad bəyan edib ki, ölkənin xarici valyuta (ərz, döviz) fondunda istifadə ediləsi pul vəsaiti (büdcə) yoxdur.

İran Prezidenti bu bəyanatı bu gün parlamentdə çıxış edərkən və "Niyə Tehranda metro inkişaf etmir?" sualını cavablandırarkən verib. Bu barədə çərşənbə axşamı Trend IRNA agentliyinə istinadən məlumat verir.

Əhmədinejadın sözlərinə görə, qanuna uyğun olaraq, hökumət Beynəlxalq Valyuta Fondundan pul almalıdır.

"İranın Mərkəzi Bankı məlumat verib ki, xarici valyuta fondunda istifadə ediləsi pul vəsaiti yoxdur", - dövlət başçısı qeyd edib.

Əhmədinejad deyib ki, İran hökuməti qanuna müvafiq olaraq, belə xərclərə ancaq fonddan vəsait ayıra bilər.

İran Mərkəzi Bankının rəhbəri Mahmud Bəhmani bir müddət əvvəl bildirib ki, Mərkəzi Bankın ehtiyatı 9 milyard dollar artıb.

Əhmədinejad parlament üzvlərinin on sualına cavab verməlidir. Suallar Tehranda metronun inkişafı, iqtisadi artım templəri, büdcə məsələlərinə aiddir. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar