SON XƏBƏRLƏR

Fransa paytaxtında qondarma “erməni soyqırımı” muzeyi açıla bilər

2021.10.20, 07:36
Fransa paytaxtında qondarma “erməni soyqırımı” muzeyi açıla bilər

Gunaz.tv

GünAz TV: Ermənilərin iddialarına görə, sosialist namizəd Fransua Holland onlar üçün önəmli vədlər verib.

Fransa erməni dərnəkləri koordinasiya (həmahəngi) şurası (CCAF) yaydığı açıqlamada prezidentliyə namizəd olan sosialist Fransua Hollandın onlar üçün önəmli vədlər verdiyini iddia edib. Bu barədə məlumatı Türkiyənin rəsmi “Anadolu” agentliyi (AA) yayıb.

 Məlumata görə, CCAF yaydığı yazılı açıqlamada seçiləcəyi təqdirdə Hollandın Konstitusiya (anayasa) şurası tərəfindən ləğv olunan qondarma “erməni soyqırımını” inkar edənlərin cəzalandırılması barədə qanun layihəsini yenidən senatın gündəminə gətirəcəyini ifadə edib.

 Şura Hollandın 1915-ci il hadisələrini Türkiyənin AB-yə (Avropa Birliyi) qəbul edilməsi meyarlarından biri edəcəyinə dair söz verdiyini də qeyd edib.

 Bundan başqa, CCAF iddia edib ki, Fransua Holland prezident olacağı təqdirdə Fransa hökumətinin maliyyə dəstəyi ilə Parisdə 1915-ci il hadisələrinə dair muzey açacaq.

 Qeyd edək ki, digər namizəd Nikola Sarkozi də seçiləcəyi təqdirdə Konstitusiya şurasının 1915-ci il hadisələrinə dair ləğv etdiyi qanun layihəsini yenidən gündəmə gətirəcəyi barədə erməni lobbisinə söz verib. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar