SON XƏBƏRLƏR

ANKARADA İRAN BÖYÜK ELÇİLİYİN QARŞISINDA , ETİRAZ MƏLUMATI

2021.10.20, 07:36
ANKARADA İRAN BÖYÜK ELÇİLİYİN QARŞISINDA , ETİRAZ MƏLUMATI

Gunaz.tv

ANKARADA İRAN BÖYÜK ELÇİLİYİN QARŞISINDA , ETİRAZ MƏLUMATI

GünazTV: İran sərhədləri içərisində yaşayan Azərbaycan Türklərinə qarşı təzyiqləri artıran İran rəhbərliyi keçdiyimiz günlərdə onlarla jurnalist, qəzetçi, mədəni aktivist, insan haqqları müdafiəçisi, şair və Türk dil və ədəbiyyat müəllimini həbs edərək nəzarətə alıbdır, hələlik vəziyyətləri naməlum bir şəkildə davam etməkdədir.

Türkiyədə yaşayan Azərbaycan Türkləri olaraq İran sərhədləri içərisində yaşayan Azərbaycan Türklərinə qarşı icra edilən asimilasyonu, alçaltma siyasətlərini, işgəncə və insan haqqları pozuntularının son verilməsini, Türkcə təhsil qadağanını ortadan qaldırılmasını və həbs olunan bütün Azərbaycanlı aktivistlərin qeydsiz şərtsiz sərbəst buraxılmaları üçün 17 Mart şənbə günü saat 11.30 da Ankarada İran Böyük Elçiliyin qarşısında İran rejiminin bu haqsız davranışlarını qınayaraq etirazımızı bildirəcəyik.

Bu etiraz nümayişi Ankarada yaşayan Azərbaycanlı öyrənci və fəalları tərəfindən təşkil edilmişdir, heç bir təşkilat və örgütə bağlılığı yoxdur.S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar