SON XƏBƏRLƏR

Suriya diktatoru Kofi Annanı saymadığını dedi

2021.10.20, 07:36
Suriya diktatoru Kofi Annanı saymadığını dedi

Gunaz.tv

GünAz TV: Suriya prezidenti Bəşər Əsəd BMT (Birləşmiş Millətlər Təşkilatı)  və Ərəb Dövlətləri Birliyinin xüsusi nümayəndəsi Kofi Annanın münaqişənin sülh yolu ilə tənzimlənməsi təklifini rədd edib.

Bu barədə «SNN» televiziyası Dəməşqdəki mənbələrə istinadən məlumat yayıb. Kanalın məlumatına görə bəşər Əsəd döyüşçülər silahı yerə qoymayanadək güzəştə getmək fikrində deyil. Annanın özünü isə ümumiyyətlə rəsmi vasitəçi kimi tanımır. Bu gün Suriya hökumətinin rəsmi bəyanat verəcəyi gözlənilir. Bu arada «Röyters» agentliyinin verdiyi məlumata görə Bəşər Əsəd ölkədə parlament seçkilərini mayın 7-nə təyin edib. Əsəd seçkiləri yeni konstitusiya (anayasa) layihəsinə əsasən keçirməyə qərar verib. Belə ki, fevralın (February) 26-da keçirilən referendumda bu konstitusiyanın qəbul olunmasının leyhinə ölkə əhalisinin 89 faizi səs verib. Yeni konstitusiyada səsvermənin çoxpartiyalı sistem əsasında keçirilməsi nəzərdə tutulur. Suriya Xalq Şurası adlanan parlament 4 il müddətinə seçilən 250 millət vəkilindən  ibarətdir. Sonuncu dəfə ölkədə parlament seçkiləri 2007-ci ilin yazında keçirilib. Öz növbəsində referendumu və təsdiqlənmiş yeni konstitusiya layihəsini qanunsuz hesab edən ölkə müxalifəti hazırki prezidentin dərhal hakimiyyətdən getməsini tələb edir. Suriya ordusu Türkiyə ilə sərhəddə yerləşən idlib şəhərini nəzarət altına alıb. Şəhər üçyançıların nəzarəti altında olsa da, hökumətin silahlı qüvvələri şəhəri mühasirəyə alaraq nəzarəti tamamilə ələ alıblar. Şahidlərin sözlərinə görə ordu Türkiyə ilə sərhədi minalayıb. Hökumət qoşunlarının təqibindən xilas olmaq üçün çoxlu sayda suriyalı Türkiyəyə pənah aparıb. Təkcə İdlib şəhərindən 189 suriyalı sərhədi keçərək Türkiyəyə sığınıb. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar