SON XƏBƏRLƏR

Rusiya Xarici İşlər Nazirliyi: “Amerika və İsrail bu ilin sonuna kimi İrana hücum edəcək”

2021.10.20, 07:36
Rusiya Xarici İşlər Nazirliyi: “Amerika və İsrail bu ilin sonuna kimi İrana hücum edəcək”

Gunaz.tv

GünAz TV: Bunu “Kommersant” qəzetinə Rusiya Xarici İşlər Nazirliyinin adını çəkilməsini istəməyən yüksək vəzifəli şəxsi söyləyib.

O deyib ki, İsrail faktiki (əməli) ABŞ (Amerika Birləşmiş Ştatları)  prezidenti Barak Obamanı şantaj edir: “Barak Obam seçim qarşısında qalıb. Ya İrana hücuma dəstək verməli, ya da nüfuzlu yəhudi lobbisinin dəstəyini itirməlidir”.

“Kommersant” qəzeti yazır ki, martın (March) 13-də Nyu-Yorkda ABŞ dövlət katibi Hillari Klinton Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşüb. Hillari Klinton Sergey Lavrovdan xahiş edib ki, aprel ayında İranın nüvə proqramı ilə bağlı aparılacaq danışıqların müharibədən qaçmaq üçün yeganə şans olduğunu Tehranın nəzərinə çatdırsın. Radi antenn

 N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar