SON XƏBƏRLƏR

"Ceyşül Ədl" silahlı qarşıdurma ilə bağlı bəyanat yaydı

2024.04.04, 12:46
"Ceyşül Ədl" silahlı qarşıdurma ilə bağlı bəyanat yaydı

Bəlucların silahlı "Ceyş əl-Ədl" təşkilatı Sistan və Bəlucistanda baş verən silahlı qarşıdurma ilə bağlı bəyanat yayıb.

Gunaz.tv

Bəyanatda İran rəsmilərinin ölü və yaralı sayı ilə bağlı verdiyi məlumatların həqiqətə uyğun olmadığı və 200 hökumət məmurunun öldürüldüyünü iddia edib.

"Daxili işlər nazirinin təhlükəsizlik və hüquq-mühafizə məsələləri üzrə müavininin  itkiləri ilə bağlı iddiası gülüncdür. “Ceyş əl-Ədl təşkilatının tərəfdarları ilə hökumət qüvvələri arasında 4 bölgədə baş verən qarşıdurma zamanı hökumətin 6 orqan və hərbi təşkilatın ən azı 200 qüvvəsi öldürülüb”,- deyə bəyanatda qeyd edilib.

Qeyd edək ki, İran Daxili İşlər Nazirliyi yaydığı bəyanatda 5 hökumət məmurunun öldürüldüyünü, 10 məmurun yaralandığını və 15 silahlının zərərsizləşdiridiyini elan edib.

İranın "Mehr" xəbər agentliyi isə 3 SEPAH və 4 polis üzvünün öldürüldüyünü yazıb.

SEPAH-a yaxın "Fars" xəbər agentliyi isə öldürülən hökumət məmurlarının sayının 11 nəfər olduğunu yazıb.

Qeyri-rəsmi mənbələr ölü və yaralı sayının elan edilən rəsmi saydan daha çox olduğunu bildirirlər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar