SON XƏBƏRLƏR

Türkiyədə kürd dilində təhsil olacaq?

2021.10.20, 07:36
Türkiyədə kürd dilində təhsil olacaq?

Gunaz.tv

GünAz TV: Təhsil naziri Ömər Dinçer bildirib ki, “Şiələr öz din dərslərini almaq istəyirlərsə, nə problem ola bilər?

Türkiyənin təhsil naziri Ömər Dinçer “Əgər Türkiyəni belə demokratik ölkəyə çeviririksə, kürdcə tədrisin olmasında problem olmamaldır, şiələr də öz din dərslərini almaq istəyirlərsə, onlara o dərsləri verməkdə nə problem ola bilər?”,- deyə bildirib.

Hazırda Türkiyədə təhsil sistemində tətbiqi nəzərdə tutlan və ciddi mübahisə mövzusu olan “4+4+4” tədris sistemi barədə danışan nazir bunları deyib: “Mən komissiyada yox idim. Normal şəraitdə komissiya sədrimiz və AKP rəhbərliyi müxalifətin mövzu ilə bağlı bütün sözləri söyləmələri üçün böyük fürsət verdilər. Bir mövzunu müzakirə etmək ayrı bir şeydir, bir prosesi (sürəc) əngəlləmək ayrı şey... Bunu edirsinizsə, qarşınızdakıların prosesə dair haqlarını da görmək məcburiyyətindəsiniz. Bu, AKP-nin səbr kasasını dolduran bir vəziyyət oldu. Bir həftədir CHP üzvləri davamlı olaraq erkən gəlib orada oturdular, davamlı danışaraq başqalarına söz haqqı vermədilər. AKP-nin 100 millət vəkili ilə gəlib orada oturmasını qanuni hala gətirən faktor CHP-nin sərgilədiyi davranışdır. Təhsil sistemini başdan sona qədər dəyişdirən bir qanun nəzərdə tutulmur. Yalnız və yalnız təhsilin strukturu (saxtar, yapısal) yenidən qurulur”.

Nazir Dinçer başqa bir suala cavab olaraq şiələrin dini təhsilinə münasibət bildirib: “Mən din dərsi dedikdə İslam, Xristianlıq (məsihilik) və Yəhudiliyin, ya da öz inancı nədirsə, onun öyrədilməsini anlayıram. Şiələr öz dərslərini almaq istəyirlərsə, onlara o dərsləri verməyin nə problemi ola bilər?” N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar