SON XƏBƏRLƏR

Suriya hökuməti xalqa qarşı ən iyrənc işgəncə üsullarından istifadə edir

2021.10.20, 07:36
Suriya hökuməti xalqa qarşı ən iyrənc işgəncə üsullarından istifadə edir

Gunaz.tv

GünAz TV: Beynəlxalq təzyiqlərə baxmayaraq xalqına hücum edən Bəşar Əsad qətliamı davam etdirir.

Suriya Yerli Koordinasiya (həmahəngi) Komitəsindən verilən açıqlamaya görə, son iki gündə Xumsda 72, İdlibdə 25, Dəməşqdə 5, Hələbdə 5, digər bölgələrdə isə 3 nəfər öldürülüb.

 Sosial şəbəkələrdə isə Xumsun Kərəm əl Zeytun məhəlləsində öldürülənlərin cəsədlərinin görüntüləri yayımlanıb. Aralarında çox sayda uşağın da olduğu cəsədlərin üzərində işgəncə izlərinə rast gəlinib.

 Müxalifət işgəncə və təcavüzlərdən sonra dinc vətəndaşların kütləvi şəkildə qətlə yetirildiyini bildirir.

 Suriya Ümumi İnqilab Şurası isə Xumsda davam edən əməliyyatlarda dinc insanlara qarşı müharibə cinayətlərinin davam etdiyini, əməliyyat bölgəsinə uzaqdan toplardan atəş açıldığı, Suriya ordusu əsgərlərinin bəzi qadınlara təcavüz edib çılpaq halda küçəyə buraxdığını bəyan edib. Şura insanların benzin tökülərək canlı-canlı yandırıldığını, boyunlarının qırıldığını və kəsildiyini açıqlayıb.

 "Əl Cəzirə" televiziyasının xəbərinə görə, Şebbiha qüvvələri dünən evlərə basqın edərək aralarında uşaqların da qadınların da olduğu 30 ailəni bıçaqla öldürüblər. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar