SON XƏBƏRLƏR

Banqladeş inqilab astanasındadır

2021.10.20, 07:36
Banqladeş inqilab astanasındadır

Gunaz.tv

GünAz TV: Daha bir ölkə inqilab astanasındadır. Banqladeşdə 10 minlərlə insanın iştirakı ilə kütləvi dinc yürüş keçirilib.

GünAz TV mətbuat mərkəzinin “Teleqraf-az”-a istinadən yaydığı məlumata görə, Ölkə müxalifətinin təşkil etdiyi nümayişdə insanlar qarşıdan gələn parlament seçkisinin neytral (tərəfsiz, xunsa) hökumətin nəzarətinə verilməsini tələb edib. Banqladeş Milli Partiyası və Camaati İslam partiyalarının fəalları eyni zamanda hökuməti ölkənin 15 illik konstitusiyasından (anayasa) ixtisar olunmuş maddəsini bərpa etməyə çağırıb.

Baş nazir Şeyx Hasina hökumətinin ötən il ləğv etdiyi həmin maddədə, seçki ərəfəsində hakimiyyətin müvəqqəti bitərəf administrasiyaya (yönətim) təhvili nəzərdə tutulurdu. Müxalifət neytral keçid administrasiyasının yenidən təsis edilməyəcəyi təqdirdə, 2014-cü il seçkinin hazırkı hökumət tərəfindən saxtalaşdırılacağını iddia edir.

Müxalif fəallar hökumət əleyhinə müxtəlif şüarlar səsləndirərək, martın (March) 29-da insanları ümummilli kütləvi tətilə çağırıb. Ölkə müxalifəti qeyd edilən konstitusiya maddəsinin iyunun (June) 11-nə kimi bərpa olunmayacağı halda, oxşar etiraz aksiyalarının davam etdiriləcəyi barədə xəbərdarlıq edib. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar