SON XƏBƏRLƏR

Salar Turi və Vəhid Həbib Çeşmə Təbrizin mərkəzi zindanına köçürülüblər

2021.10.20, 07:36
Salar Turi və Vəhid Həbib Çeşmə Təbrizin mərkəzi zindanına köçürülüblər

Gunaz.tv

GünAz TV: Azərbaycanlı milli-mədəni fəallar Salar Turi və Vəhid Həbib Çeşmə Təbrizin mərkəzi zindanına intiqal ediliblər.

 

Onlar, 21 gün ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinin təcridxanasında saxlanıldıqdan sonra zindana köçürülüblər.

 

Qeyd edək ki, adını çəkdiyimiz azərbaycanlı fəallar 21 fevral (2 isfənd) Dünya Ana Dili günü ETTELAAT məmurları tərəfindən yaxalanıblar. Məhkəmə hökmü təqdim etməyən məmurlar azərbaycanlı fəalları yaxalarkən onların ev və iş yerlərində axtarış aparıb və sonda kompüter, kitab və bir sıra şəxsi əşyaları özləri ilə aparıblar. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar