SON XƏBƏRLƏR

Mövlana Məhəmməd Füzulinin anım tədbiri keçirilib

2024.05.14, 10:29
Mövlana Məhəmməd Füzulinin anım tədbiri keçirilib

9 may Mövlana Molla Məhmməd Füzulinin doğum günü münasibəti ilə Güney Azərbaycanın Şərqi Azərbayan Əyaləti Xiyav şəhərində anım tədbiri keçirilib.

Gunaz.tv

Böyük Azərbaycan şairi Füzulinin doğum günü Güney Azərbaycanda Türk Şeir və Ədəbiyyatı Günü kimi adlandırılır. 

Möhtəşəm tədbir Həkim Füzuli Tədbir Qrupu və Xiyav şəhəri (indiki Meşginşəhr) Ədəbi Cəmiyyətinin təşəbbüsü ilə mayın 10-u Xiyav şəhərinin “Əndişə” Zalında keçirilib.

Tədbirdə mədəniyyət və incəsənət üzrə fəaliyyət göstərənlər, şairlər və Mövlana Füzulini sevənlər iştirak edib. 

Tədbir ədəbiyyat sahəsində mütəxəssilərin çıxışı və Füzuli Şeirlərinin Oxunması üzrə İkinci Yarışda seçilənlərə mükafatlar təqdim edilməklə bitirilib.

Məşhur azərbaycanlı şair Mövlana Molla Məhmməd Füzuli Azərbaycan türkcəsi, fars və ərəb dilərində şeirlər bəsləyib və Azərbaycanda ən çox sevilən şairlərdən biri hesab oulunur. 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar